İnsanı qocaldan səbəb: təqvim və saat

Britaniya alimlərinin Edinburq Universitetində aparılan tədqiqatlar insan orqanizminin əsas qocalma səbəbini aşkara çıxarıb. Tədqiqat rəhbəri Endryu Stivenson iddia edir ki, təqvim və saat olmasa idi, insan ömrü indikindən qat-qat uzun olardı: “İnsanlar gün ərzində işlərini saata görə proqramlaşdırırlar. Hər yerdə təqvimlər var və insan hər günün necə qurtardığını, növbəti günün necə başladığını bilirlər”.

Sadalananların insan psixologiyasına güclü təsir etdiyini və insan həyatını proqramlaşdırdığını deyən Stivenson, təqvimdə hər rəqəm dəyişdikcə insanın təhtəlşüurunda ömründən daha bir gün getdiyi təəssüratının yarandığını qeyd edib. Bu da onun orqanizminə təsir edir. Nəticədə, orqanizm qocalır.


Ardı →

Tərləmənin insan sağlamlığına faydaları

İsti havalarda ən çox narahatlıq yaradan problemlərdən biri olan tərləmənin əslində insan sağlamlığı üçün faydalı olduğu müəyyən olunmuşdur. Tər vəziləri qanı təmizləyir və bədənin hərarətini normal saxlayır.

Tər vəzilərinin işləmə funksiyasının böyrəyin işləmə funksiyası ilə oxşar olduğu və orqanizmdəki bəzi ziyanlı maddələrin tər vəziləri vasitəsi ilə xaric olunduğu bildirilir.

Normal bir insanın orqanizmində bir milyona yaxın tər vəzisi vardır ki, bəzən bu vəzilərin hamısı orqanizmdəki ziyanlı maddələrin xaric olunmasında aktiv olurlar.

Həkimlər tərləmənin sağlamlıq üçün olduqca faydalı bir proses olduğunu və bunun qarşısının alınması yerinə tərləmə zamanı yaranan xoşagəlməz qoxunun qarşısının alınmasına üstünlük verməyin daha faydalı ola biləcəyini bildirirlər.

Tərlədikdən sonra tərin buxarlanması isə orqanizmdə hərarət balansını nizamlayır.

 


Davamı →

Şəkərin normaya uyğun qəbul edilməməsinin nəticələri

Əgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə başlayır:

1- Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir, sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur.

 2- Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan çox şəkər olduğunu təyin edərsə, normadan artıq olan şəkərin yığılmasına qərar verir. Ancaq bu işi özləri deyil, özlərindən çox uzaqda olan başqa hüceyrələr yerinə yetirir.


Ardı →